Bakıda yol polisi motosikletlə qəzaya düşdü

28-10-2015, 16:40
Oxunub: 536
Polis serjantı Xəyyam Məmmədovun idarə etdiyi “Yamaha” markalı motosiklet başqa bir maşınla toqquşub


Paytaxtda yol polisi qəzaya düşüb.

Musavat.com xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində baş verib.

Xidməti vəzifəsini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin müşayiət bölüyünün sürücüsü, polis serjantı Xəyyam Məmmədovun idarə etdiyi “Yamaha” markalı motosiklet başqa bir maşınla toqquşub.

Yol polisinin motosikletlə toqquşduğu "VAZ-2107" markalı avtomobilin sürücüsü Tərtər rayon sakini Rəşad Nəsibov olub.

Qəza zamanı ciddi xəsarət alan olmayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti