Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edəcək

28-10-2015, 12:13
Oxunub: 532
Qəbul Neftçala rayonun Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-da olacaq


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 30-da Neftçala şəhərində vətəndaşlarla görüşəcək.

Bu barədə Report-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, qəbul Neftçala  rayonun Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-da olacaq.

Görüşdə Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşların qeydiyyatı Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında oktyabrın 29-da saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti