Macarıstan XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

27-10-2015, 12:59
Oxunub: 662
J.Çutora Bakıda İqtisadiyyat və Sənaye Nazirliyində, Təhsil Nazirliyində və Nəqliyyat Nazirliyində görüşlər keçirəcək


Macarıstan xarici işlər nazirinin müavini Jolt Çutora sabah Azərbaycana gələcək.

Bu barədə Report-a Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski məlumat verib.

J.Çutora Bakıda İqtisadiyyat və Sənaye Nazirliyində, Təhsil Nazirliyində və Nəqliyyat Nazirliyində görüşlər keçirəcək.

Nazir müavini, həmçinin Macarıstanın milli bayramı - İnqilab və azadlıq uğrunda mübarizə günü ilə əlaqədar keçiriləcək qəbulda iştirak edəcək.

Qeyd edək ki, J.Çutora daha öncə Macarıstanın Azərbaycandakı səfiri olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti