​Polşada parlament seçkilərinin nəticələri açıqlanıb

27-10-2015, 10:07
Oxunub: 426
Seçkilərdə seçicilərin 37,6 faizinin səsini toplayan "Qanun və Ədalət" milli-mühafizəkar partiyası qələbə qazanıb


Polşanın Dövlət Seçki Komissiyası (DSK) oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin nəticələrini açıqlayıb.

DSK rəhbəri Voytsex Qermelinskinin məlumatına görə, seçkilərdə seçicilərin 37,6 faizinin səsini toplayan "Qanun və Ədalət" milli-mühafizəkar partiyası qələbə qazanıb.

Son 8 ildə Polşanı idarə edən "Vətəndaş platforması" liberal-mühafizəkar partiyası seçicilərin cəmi 24 fazinin etimadını qazana bilib. Bundan əlavə, parlamentə daxil olublar: keçmiş rok musiqiçisi Kukiz tərəfindən təsis edilən "Kukiz" hərəkatı (8,8 faiz səs), Müasir Liberal Partiyası (7,6%) və Polşa Kəndli Partiyası (5,1%).

Polşa Seymində deputat mandatlarının necə bölüşdürüləcəyi çərşənbə axşamı elan olunacaq. Lakin, ilkin məlumata əsasən, yerlərin yenidən paylanması nəticəsində "Qanun və Ədalət" partiyası parlamentdə mütləq əksəriyyət əldə edəcək və müstəqil şəkildə yeni Polşa hökuməti formalaşdıra biləcək.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti