​Həmsədrlər Ermənistan XİN başçısı ilə görüşüb

26-10-2015, 16:21
Oxunub: 635
Oktyabrın 27-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır


ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Bu haqda ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçməsi planlaşdırılır.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti