​Dənizkənarı Mili Parkda bəzi atraksionlar təmirə dayandırılacaq

26-10-2015, 12:43
Oxunub: 977
Qar təmizləyən avadanlıqların işlək vəziyyətə gətirilməsi istiqamətində işlər aparılır


Dənizkənarı Milli Parkın ərazisində soyuq aylarında az istifadə olunan bəzi atraksionlar təmirə dayandırılacaq.

Bu barədə Report-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, bulvar ərazisindəki "Ətrafa baxış" karuseli təmirə dayandırılacaq: "Qış mövsümünə keçidlə əlaqədar olaraq ağacların budanması, müxtəlif formalara salınması, soyuğa davamlı olmayan ağacların bağlanması, qar təmizləyən avadanlıqların işlək vəziyyətə gətirilməsi istiqamətində işlər aparılır. Qış aylarında az istifadə olunan bəzi atraksionlar təmirə dayandırılacaq".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti