​ATƏT-in Minsk qrupu həmsədrləri Yerevandadır

26-10-2015, 11:36
Oxunub: 639
Diplomatlar oktyabrın 27-də Bakıya gələcəklər


ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlikin (ABŞ), Pyer Andrienin (Fransa) və İqor Popovun Ermənistana səfəri başlayıb. 

Bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, həmsədrlər Ermənistan prezidenti Serj Sarqsyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

Həmsədrlərin səfərdə məqsədi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə baş çəkmək, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın bu ilin sonunadək görüşünü təşkil etməkdir.

Diplomatlar oktyabrın 27-də Bakıya gələcəklər.

Qeyd edək ki, Azaəbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik bu il sentyabrın 24-də BMT-inin Baş Assambleysı çərçivəsində Nyu- Yorkda Azərbyacanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti