Yaponiyada kürdlərlə türklər arasında dava düşdü

25-10-2015, 12:53
Oxunub: 327
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib


Türkiyənin Tokiodakı səfirliyi qarşısında türklərlə kürdlər arasında baş verən toqquşma zamanı 4 nəfər xəsarət alıb.

Türkiyənin Sibuya rayonu ərazisində yerləşən diplomatik nümayəndəliyi qarşısına növbədənkənar parlament seçkilərində səsverməyi planlaşdıran təqribən 600 nəfər toplaşıb.

Hadisənin səbəbləri araşdırılır. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə onlarla polis avtobusu dayanıb, səsverənlər arasında toqquşmalar davam edir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti