“Heç yerdə xristian müsəlmana qan vermir, bizdə isə...”

24-10-2015, 14:16
Oxunub: 525


“Bu gün Hindistan, Pakistan, İran kimi müsəlman ölkələrində Aşura mərasimi qeyd olunur. Lakin Azərbaycandakı Aşura onların heç birinə bənzəmir”.

Virtualaz.org xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O vurğulayıb ki, bunun bir səbəbi də Azərbaycanın mentaliteti ilə bağlıdır.

Şeyx hazırda Yaxın Şərqdə baş verənləri də misal çəkib və bildirib ki, Azərbaycanda durum müsbət mənada fərqlidir: “Yaxın Şərqdə baş verənlər, sünni-şiə münasibətləri hər birimizə bəllidir. Lakin Azərbaycanda bu baxımdan münasibətlər çox yaxşıdır”.

Şeyx arxiyepiskop Vladika Aleksandrın bu il ilk dəfə qan verməyini də müsbət qiymətləndirib: “Dünyanın heç bir yerində xristianın müsəlman üçün qan verdiyini görə bilməzsiniz. Amma Azərbaycanda bu, mümkündür. Ümumiyyətlə, bizim ölkədə yaşayan sadə xristianlar həmişə Aşura mərasimlərində iştirak edib və qan veriblər”.

Azərbaycandakı dini tolerantlıqdan danışan Şeyx qeyd edib ki, bu birliyi pozmaq istəyən qüvvələr var: “İslam dinindən istifadə edib yeni təriqətlər yaratmaq istəyən qüvvələr var. Amma heç vaxt qələbə çala bilməyəcəklər, çünki onlar düz yolda deyil. Azərbaycandan xaricə gedib özünü müsəlman kimi göstərən qüvvələrə qoşulanlar var. Onlar bilməlidir ki, baş kəsmək Allaha da xoş getmir”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti