Şeyxülislam və Mübariz Qurbanlı Aşura günü ilə əlaqədar qan verib

24-10-2015, 13:28
Oxunub: 759
Aşura günü ilə əlaqədar qanvermə aksiyası bu gün səhər saatlarından başlayıb


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü ilə əlaqədar QMİ-də qan verib.

Report-un məlumatına görə, qanvermə aksiyasında deputat Cavanşir Paşazadə də iştirak edib.

Qeyd edək ki, Aşura günü ilə əlaqədar qanvermə aksiyası bu gün səhər saatlarından başlayıb.

QMİ Aşura günündə 14 məscid və ziyarətgahda qanvermə aksiyası keçirir. Bunlar Yasamal rayonu “Təzə-pir” məscidi, Yasamal rayonu “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu “Əjdərbəy” məscidi, Səbail rayonu “Bibi-Heybət” məscidi, Səbail rayonu "İçərişəhər cümə məscid"i, Suraxanı rayonu "Qaraçuxur" məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscid"i, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri "Böyükbazar" məscidi və Bərdə şəhər “Cümə” məscididir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti