Bakıda Avropa filmləri festivalı keçiriləcək

24-10-2015, 10:17
Oxunub: 401
Tamaşaçılara həmçinin Azərbaycan istehsalı olan "Qatil" psixoloji dramı təqdim olunacaq


Oktyabrın 29-dan noyabrın 6-dək Bakıda VI Avropa filmləri festivalı keçiriləcək. 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Aİ ölkələrinin Azərbaycanda akkreditasiyadan keçən səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək tədbir zamanı Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan məşhur rejissorların filmləri nümayiş olunacaq. 

Noyabr ayının 5-də festival çərçivəsində tamaşaçılara həmçinin Azərbaycan istehsalı olan "Qatil" psixoloji dramı təqdim olunacaq. 

Festival çərçivəsində nümayiş olunan filmlərə giriş pulsuzdur.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti