Cavanşir Məmmədovun 100 illik yubileyi keçiriləcək

22-10-2015, 15:31
Oxunub: 599
Xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək


Bu gün Nizami Kino MərkəzindəMədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli kinooperator və rejissor, xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsi yayıb.

Elm, mədəniyyət və incəsənət xadimlərinin, kinematoqrafçıların, media və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Cavanşir Məmmədovun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi də nümayiş etdiriləcək.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti