Bu ilin sonuna qızılın qiymətinin ucuzlaşacağı gözlənilir

22-10-2015, 14:04
Oxunub: 486
FES uçot dərəcələrini artırdıqdan sonra 2016-cı il ərzində uçot dərəcələrinin daha 1% artımını həyata keçirəcək


Dünyanın ən böyük investisiya banklarından biri olan "Goldman Sachs" Federal Ehtiyat Sisteminin (FES) ABŞ-das uçot dərəcələrini dekabr ayında artırmasının qızılın qiymətinə mənfi təsir göstərəcəyini bildirib.

Report "Goldman Sachs"ın hesabatına istinadən xəbər verir ki, FES dekabr ayında uçot dərəcələrini artırdıqdan sonra 2016-cı il ərzində uçot dərəcələrinin daha 1% artımını həyata keçirəcək. Bu da, heç bir əlavə dividend gətirməyən maliyyə aktivi olan qızılın qiymətini aşağı salacaqdır.

Bankın təhlilçilərindən Cefri Kyurri (Jeffrey Currie) hesabatHa bildirib ki, "FES-in faizləri artırmaq fikri aydındır. FES-in fikrincə əmək bazarındakı dalğalanma azalıb və onun inflyasiyaya təsiri güclənib. Cari maliyyələşmə faizlərinin həddi isə uzun müddətli orta faiz həddindən çox aşağıdadır. Bu səbəblərdən FES qısa zamanda uçot dərəcələrini artırmağa başlamalıdır."

"Goldman Sachs" dekabr ayında FES-in uçot dərəcələrini 0,25% artırılmasına 60% ehtimal verib. "Bloomberg" agentliyi isə ənənəvi keçirtdiyi sorğuda iqtisadçı-analitiklərin 32%-nin dekabr ayında uçot dərəcələrinin artırılacağına inandığını qeyd ediblər.

"Goldman Sachs" hesabatında qızıl qiymətlərinin 3 ay ərzində 1100, 6 ay ərzində 1050 və 1 il ərzində 1000 dollar/unsiya səviyyəsinə geriləcəyini bildirib. Qeyd edək ki, 22 oktyabr səhər saatlarında qızılın unsiyası dünya birjalarında 1165 dollardan satılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti