Putin Leyla Əliyevaya medal verdi

22-10-2015, 13:58
Oxunub: 599
Leyla Əliyeva “Puşkin” medalına layiq görülüb


Rusiya prezidenti Vladimir Putin “Xarici vətəndaşların Rusiya Federasiyasının ali dövlət mükafatları ilə təltif olunması haqqında” fərman imzalayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva “Puşkin” medalına layiq görülüb.

L.Əliyeva bu mükafatı “Rusiya ilə dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, rus dilinin xaricdə qorunması və populyarlaşdırılması işinə verdiyi töhfəyə görə” alıb.(virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti