Bakının mərkəzində silahla gəzən kimdir?

28-02-2013, 10:17
Oxunub: 5038


Bakı şəhərinin Nəsimi rayonu ərazisində silahlı şəxs tutulub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, metronun "28 May” stansiyası yaxınlığında 1983-cü il təvəllüdlü paytaxt sakini Teplyakov Aleksey Yuliyeviç polisi diqqətini cəlb edib. O, 22-ci Polis Bölməsinə dəvət olunub. Burada üstünə baxış keçirilən zaman A.Teplyakovun üzərindən "Makarov” markalı odlu silah-tapança aşkar olunub. Silah götürülüb.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti