“Tələbəmizin daxili orqanları zədələnib"

28-02-2013, 10:08
Oxunub: 763


Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Fransa Milli Assambleyasında Xocalı ilə bağlı Azərbaycan həqiqətlərini dediklərinə görə ermənilər tərəfindən döyülən Mirvari Fətəliyeva və Vüsal Hüseynovla bağlı açıqlama verib. Modern.az saytının məlumatına görə, E.Əmirbəyov bu haqda eşidən kimi hadisə yerinə gedib.

"Bu hadisəni eşidən kimi məclisə getdim, mühafizəçilər Mirvari Fətəliyevanı və Vüsal Hüseynovu onların əlindən qurtarmışdı. Onlara elə ilk tibbi yardım məclisdə edildi. Daha sonra tələbələri yaxınlıqdakı xəstəxanaya apardım”.

Səfir bildirib ki, Vüsal Hüseynovun daxili orqanları zərər görüb, qabırğa sümüyü qırılıb, Mirvari Fətəliyevanın isə üzündə zərbə nəticəsində əzilmə olduğu müəyyənləşib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti