ABŞ qırıcısı Böyük Britaniyada qəzaya uğrayıb

21-10-2015, 19:03
Oxunub: 377
Yaşayış məntəqəsi yaxınlığında yerləşən sahəyə düşüb


ABŞ Hava Qüvvələrinə məxsus "F/A-18" çoxtəyinatlı qırıcısı Böyük Britaniya ərazisində qəzaya uğrayıb.

Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Təyyarə Saffolk qraflığındakı Leykenxitdə yerləşən aerodromdan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb və yaşayış məntəqəsi yaxınlığında yerləşən sahəyə düşüb. Pilot ölüb.

Qeyd edək ki, qəzaya uğrayan təyyarə Yaxın Şərqdəki havaəməliyyatlarından ABŞ-a geri qayıdan 6 "F/A-18 Hornet" qırıcısından biri olub.(APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti