Dövlət orqanlarının QHT-lərə qrant verməsinin qaydaları təsdiqlənib

21-10-2015, 18:53
Oxunub: 494
Nazirlər Kabineti təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin


Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 

Etatist.com xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin. 

Bundan başqa, Nazirlər Kabineti normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 

Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidi. 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidi. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti