Con Kerri Avropa və Orta Şərqə səfərə çıxır

21-10-2015, 17:49
Oxunub: 847
Səfər oktyabrın 21-dən 25-dək sürəcək


ABŞ dövlət katibi Con Kerrinin Avropa və Orta Şərqə səfəri başlayır.

Məlumata görə, səfər oktyabrın 21-dən 25-dək sürəcək.

Con Kerri səfər çərçivəsində Suriya böhranı, İŞİD-ə qarşı mübarizə, Ukraynadakı hadisələr və İsrail-Fələstin arasındakı gərginliyi müzakirə edəcək.

ABŞ dövlət katibi İsrailin baş naziri Binyamin Netanyahu, Fələstin dövlətinin başçısı Mahmud Abbas, habelə Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti