Allahşükür Paşazadə Rusiyaya gedib

21-10-2015, 14:18
Oxunub: 836
İslamın idealları və dəyərləri mövzusunda VIII Beynəlxalq elmi-praktik konfransda iştirak edəcək


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə səfərə yola düşüb. 

QMİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri Ufa şəhərində 22-23 oktyabr tarixlərində keçiriləcək XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri mövzusunda VIII Beynəlxalq elmi-praktik konfransda iştirak edəcək.
 
MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam A. Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək. Tədbir çərçivəsində QMİ sədrinin bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.

Səfər Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri, Baş Müfti Talqat Tacuddinin dəvəti ilə həyata keçirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti