İranın dəniz donanmasının hərbi gəmiləri Həştərxana gəlib

21-10-2015, 11:46
Oxunub: 524
Sonra gəmilər Azərbaycana - Bakı limanına istiqamət alacaq


İranın Xəzər dəniz donanmasının 3 hərbi gəmisi bü gün səhər Həştərxan limanına gəlib.

İran Hərbi Dəniz Qüvvələrinin Xəzər dəniz donanmasına aid olan "Cuşan" və "Peykan" adlı 2 raketli və qırıcı "Damavand" qayıqları dostluq səfəri çərçivəsində 2 gün ərzində Həştərxanda qalacaq. Ondan sonra gəmilər Azərbaycana - Bakı limanına istiqamət alacaq.

Eskadranın komandiri, kapitan Əhməd Reza Bakerinin daha öncə verdiyi açıqlamaya görə, "dostluq səfəri"nin əsas məqsədi donanmalar arasında əlaqələrin gücləndirilməsi və dənizçilərə təlim keçməkdir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti