İran yeni raketləri sınaqdan keçirdi

20-10-2015, 17:50
Oxunub: 569
Bu raketlər “Tow” tipli raketlərin optimallaşdırılmış versiyasıdır


İran “Məhərrəm-94” hərbi təlimlərində yeni "hava-yer" tipli raketləri sınaqdan keçirib.

Yeni sınaqdan keçirilən raketlər vertolyotlardan yerdəki hədəfi məhv etmək üçün atılıb. Bu raketlər “Tow” tipli raketlərin optimallaşdırılmış versiyasıdır.

Qeyd edək ki, oktyabrın 19-dan İran Silahlı Qüvvələrinin müxtəlif bölmələri, o cümlədən Quru Qoşunlar və Hava Hücumundan Müdafiə Qüvvələrinin iştirakı ilə ölkənin Qəsri-Şirin bölgəsində “Məhərrəm-94” adlı genişmiqyaslı hərbi təlim keçirilir.

“Məhərrəm-94” hərbi təlimi oktyabrın 21-də başa çatacaq. Hərbi təlimlərdə İran Silahlı Qüvvələri bir neçə yeni silahları sınaqdan keçirir.(Trend)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti