Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək

20-10-2015, 17:35
Oxunub: 294
Qəbul saat 11:00-da Şəki regional ədliyyə şöbəsində keçiriləcək


Ədliyyə naziri Fikrət Məmmədovtərəfindən oktyabrın 23-də Şəki şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə Report-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Şəki, Oğuz və Qax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Şəki regional ədliyyə şöbəsində (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi, bina 94) keçiriləcək.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (əlaqə telefonu: (02424) 4-32-18), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti