Qazaxda qaz məhdudiyyətləri olacaq

27-02-2013, 14:20
Oxunub: 732


Bu gün Qazax rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq fevralın 27-də saat 18:00-dək «Əskipara» və «Qazaxbəyli» avtomatik qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
 
Təmir işləri aparılan müddətdə Qazax rayonunun Daş Salahlı, Çaylı, Dəmirçilər, Kosalar və Ürkməzli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti