“Deutsche Bank” səhvən müştərinin hesabına 6 milyard dollar köçürdü

20-10-2015, 13:55
Oxunub: 403
Əməliyyatı bankın valyuta şöbəsinin kiçik əməkdaşı həyata keçirib


Bu ilin iyun ayında Almaniyanın “Deutsche Bank” bankının müştərinin hesabına səhvən 6 milyard dollar köçürdüyü məlum olub.

Əməliyyatı bankın valyuta şöbəsinin kiçik əməkdaşı həyata keçirib. Həmin vaxt şöbənin rəhbəri məzuniyyətdə olub.

Əməkdaşın xətası ondan ibarət olub ki, o, gün ərzində həyata keçirdiyi əməliyyatların qalığını hesablamayıb və onları ümumi məbləğ kimi götürüb.

Bank səhv barədə Böyük Britaniyanın maliyyə nəzarəti Bürosuna, Avropa Mərkəzi Bankına və ABŞ Federal Ehtiyatlar Sisteminə məlumat verib. Pulu alan müştəri isə ABŞ-ın investisiya fondlarından biri olub. Fond ertəsi gün pulu banka geri qaytarıb.(virtualazş.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti