Azərbaycanda gələn il üçün yaşayış minimumu təsdiqlənib

20-10-2015, 13:52
Oxunub: 638
DSMF-nin büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla, 3 078,6 mln. manat təşkil edəcək


Azərbaycanda gələn il üçün yaşayış minimumu 136 manat, ehtiyac meyarı 105 manat təsdiq edilib.

Report-un verdiyi xəbərə görə, parlament həmçinin gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsini təsdiqləyib.

İcmal büdcəsinin tərkib hissəsi olan DSMF-nin büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla, 3 078,6 mln. manat təşkil edəcək.

Fondun xərclərinin 35,6%-i və yaxud 1 100,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 1 978,6 mln. manatı və yaxud 64,4%-i məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına qarşılanacaq.

Fondun xərclərinin 95,5%-i və yaxud 2 923,6 mln. manatı əmək pensiyalarının ödənilməsinə, qalan 155, mln. manatı və yaxud 5,0%-i məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, sığortaolunanların sanatoriya-kurorort müalicəsinə və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə, fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması və digər sosial təyinatlı xərclərə yönəldiləcək.

Həmçinin Milli Məclisin 2016-cı ildə xərclər smetası təsdiq edilib və bu göstərici 2 milyon 745 min 955 manat təşkil edəcək. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti