Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edəcək

20-10-2015, 10:29
Oxunub: 526
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri iştirak edə bilərlər


Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 26-da Qubada vətəndaşları qəbul edəcək.

Nazirlikdən Report-a verilən məlumata görə, şəhərin Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 20, 21, 22 və 23 oktyabrda nazirliyin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/reques elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri xahiş olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti