​ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının vaxtı açıqlandı

20-10-2015, 10:17
Oxunub: 329
Toplantıda təşkilata sədrlik Serbiyadan Almaniyaya keçəcək


ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) növbəti iclası dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Report ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, builki iclas Serbiya xarici işlər naziri, təşkilatın hazırkı sədri İvitsa Daçiçin dəvəti ilə baş tutacaq.

Toplantıda təşkilata sədrlik Serbiyadan Almaniyaya keçəcək.

Nazirlər Şurası ATƏT-in mərkəzi qərarverici və idarəedici orqanıdır. İldə bir dəfə ATƏT-ə üzv olan 57 ölkənin xarici işlər nazirləri ötən il ərzində təşkilatın fəaliyyətini müzakirə etmək və qiymətləndirmək üçün bir araya gəlir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti