​Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

19-10-2015, 20:42
Oxunub: 246
Məhkəmənin hökmü ilə B.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Report-un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən B.Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, B.Əliyev dələduzluq yolu ilə 41 nəfərdən ümumilikdə 80 min manat pul alıb. O, həmin şəxslərə özünü "Bakcell" şirkətinin işçisi kimi təqdim edərək onları işə düzəldəcəyini vəd edib. Daha sonra tutulan B.Əliyev dəyən ziyanın 24 min manatını zərərçəkən şəxslərə ödəyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti