Görkəmli tarixçi vəfat etdi

27-02-2013, 12:01
Oxunub: 2017


Azərbaycan elminə ağır itki üz verib. APA-nın xəbərinə görə, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev vəfat edib.

Oqtay Əbdülkərim oğlu Əfəndiyev 26 mart 1926-cı ildə Bakı şəhərində anadan olub. Moskva Şərqşünaslıq İnstitutunda təhsil alan O.Əfəndiyev Səfəvilər (Qızılbaşlar) dövlətinin siyasi, ictimai-iqtisadi tarixini araşdırıb, bu dövlətin inkişafında Azərbaycan türklərinin aparıcı rolunu ilk dəfə dövrün müxtəlif fars dilli salnamələri və sənədləri əsasında üzə çıxarıb. Bununla da tarix elmində Səfəvi dövlətinə "İran dövləti" kimi ənənəvi baxışın yanlış olduğu sübut edilib.

 XV-XVI əsrin bir sıra əlyazma mənbələrini ilk dəfə tədqiqata cəlb edən O.Əfəndiyev tarix elmində "İranlı Don Juan" adı ilə məşhurlaşmış Orucbəy Bayatın Azərbaycan türkü olduğunu təsbit edib və onun əsərini rus dilində çapa hazırlayıb. 7 cildlik "Azərbaycan tarixi"nin 3-cü cildinin (XII-XVIII əsrlər) məsul redaktoru və müəlliflərindən olub. 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti