QMİ Aşurada qanvermə aksiyası keçiriləcək yerlərin siyahısını açıqladı

19-10-2015, 15:54
Oxunub: 665
Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik:


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günündə - oktyabrın 24-də qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.

QMİ-dən Report-a verilən məlumata görə, həmin gün respublikanın müxtəlif məscid və ziyarətgahlarında, ümumilikdə, 14 yerdə qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik:

1. Yasamal rayonu -Təzəpir məscidi;

2. Yasamal rayonu - Hacı Soltanəli məscidi;

3. Səbail rayonu - Bibi-Heybət məscidi;

4. Səbayel rayonu - İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu - Qaraçuxur məscidi;

6. Xəzər rayonu - “Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu - Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə” məscidi;

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri - Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu - Əjdərbəy məscidi.

Qeyd edək ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni oktyabrın 23-dən - Tasua günündən başlayacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti