​İran Türkiyə ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirir

19-10-2015, 13:34
Oxunub: 557
Təlimdə çoxlu sayda uzaq radiuslu Pilotsuz Uçan Aparatdan da istifadə ediləcək


İran ordusu ölkənin qərb və şimal-qərb əyalətlərində "Məhərrəm" adı altında irimiqyaslı hərbi təlimlər keçirir.

Təlimlər oktyabrın 19-da səhər saatlarında başlayıb.

İran Silahlı Qüvvələri Quru Qoşunları komandanının müavini briqada generalı Məhəmməd Mahmudi bildirib ki, hərbi təlimlərdə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin taqımları, eləcə də "Xatəm-ül-Ənbiya" Hava Hücümündan Müdafiə bazasının qüvvələri iştira edir.

General deyib ki, radio-elektron kəşfiyyatı, raket kompleksləri, Hərbi-Hava Qüvvələrinin şəxsi heyəti və xüsusi təyinatlı qoşun da təlimə cəlb edilicək.

Məlumata əsasən, təlimdə çoxlu sayda uzaq radiuslu Pilotsuz Uçan Aparatdan da istifadə ediləcək.

Qeyd edək ki, hərbi təlimlər İranın Azərbaycan Respublikası və Türkiyə ilə sərhədində yerləşən Qərbi Azərbaycan ərazisində keçirilir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti