MM-ə seçkiləri müşahidə edəcək xarici müşahidəçilərin sayı açıqlanıb

17-10-2015, 13:05
Oxunub: 669
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib


Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün indiyə qədər dairə seçki komissiyalarında 43459, MSK-da isə 605-də artıq müşahidəçi qeydiyyatdan keçib.

Report-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün indiyə qədər 22 beynəlxalq qurumdan 283 müşahidəçi MSK-da qeydə alınıb. M.Pənahov əlavə edib ki, hazırda həm dairə seçki komissiyalarında, həm də Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı davam edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti