Polad Bülbüloğlu Tiflisin Fəxri Vətəndaşı oldu

17-10-2015, 11:10
Oxunub: 666
Bu şəhərdə Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyi fəaliyyət göstərir


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Tiflis şəhərinin Fəxri Vətəndaşı" adına layiq görülüb və ona Tiflis şəhərinin açarı təqdim olunub.

APA-nın məlumatına görə, tədbir Gürcüstanın Milli Dövlət Muzeyinin həyətində açıq havada keçirilib və "Tiflis şəhərinin Fəxri Vətəndaşı" diplomunu Polad Bülbüloğluna Tiflis şəhər meri David Narimania təqdim edib.

Tədbirdə Fəxri Vətəndaş seçilməyinə görə minnətdarlığını bildirən Polad Bülbüloğlu Tiflisi uşaqlıq illərinin şəhəri adlandırıb, valideynlərinin burada tanış olduğunu bildirib: "Bu şəhərdə Azərbaycanın görkəmli adamları yaşayıblar. Onlardan bir çoxu burada uyuyurlar. Bu şəhərdə Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyi fəaliyyət göstərir. Burada 1918-ci il, mayın 28-də Azərbaycan Demokratik Respublikasının istiqlaliyyəti elan edilib. Bu gözəl şəhərdə Azərbaycanın görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin büstü var. Mən imkandan istifadə edib Tiflis şəhər merinə, Gürcüstanın Mədəniyyət Nazirinə təşəkkürümü bildirmək istəyirəm ki, bu şəhərdə mənim atam Bülbülün büstünü ucaldıblar. Burada mənim atam burada anamla qarşılaşıb. Buna görə də mən bu şəhəri heç vaxt unutmuram," Polad Bülbüloğlu bildirib.

Ona göstərilən bu böyük şərəfə görə, Polad Bülbüloğlu tədbir iştirakçıları qarşısında Azərbaycan və gürcü mahnılarını ifa edib. Onun ifası alqışlarla qarşılanıb.

Tədbirdə Gürcüstanın hökumət və dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, nazirlər, Gürcüstanın Azərbaycandakı səfiri Azər Hüseyn və səfirliyin əməkdaşları, Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti