​İsrail əsgərləri tərəfindən üç fələstinli qətlə yetirilib

17-10-2015, 10:44
Oxunub: 225
İsrail Müdafiə Ordusu əsgərlərinin açdığı atəş nəticəsində həlak olub


Yüzdən çox fələstinli İordan çayının Qərb sahili və Qəzza zolağında keçirilən etiraz aksiyasında iştirak edib.

Aksiyalar zamanı onlar İsrail hərbçilərini daşa basıblar.

Bununla yanaşı toqquşmalar zamanı üç etirazçı İsrail Müdafiə Ordusu əsgərlərinin açdığı atəş nəticəsində həlak olub.

RİA "Novosti"nin məlumatına görə, Qərb sahilində Beyt Furik şəhərində etiraz aksiyası iştirakçıları şəhər kənarındakı İsrail hərbi postuna yaxınlaşaraq onlara daş atmağa başlayıblar. İsrail əsgərləri cavab olaraq etirazçılara atəş açıblar. Nəticədə bir fələstinli həyatını itirib.

Daha iki etirazçı Qəzzada İsrail hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti