Türkiyə Suriya ilə sərhəddə hərbi təyyarəni vurdu

16-10-2015, 16:47
Oxunub: 229
Türkiyənin F-16 təyyarələri təlimat əsasında hərəkət edərək həmin hədəfi vurub


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu dəqiqələrdə Suriya ilə sərhəddə “hansı ölkəyə aid olduğu müəyyən edilməyən” təyyarənin vurulub salındığını elan edib.

Virtualaz.org saytı xəbər verir ki, Baş Qərargah bu gün ölkənin Suriya ilə sərhədində Türkiyənin hava sahəsinə daxil olan, “hansı ölkəyə aid olduğu bilinməyən” təyyarənin təsbit olunduğunu, həmin təyyarənin ekipajına üç dəfə xəbərdarlıq siqnalı verildiyini, lakin buna məhəl qoyulmadığını bildirir.

Nəticədə sərhəd boyu patrul uçuşları həyata keçirən Türkiyənin F-16 təyyarələri təlimat əsasında hərəkət edərək həmin hədəfi vurub.

Qeyd edək ki, Suriya əməliyyatlarında iştirak edən Rusiya təyyarələri tez-tez Türkiyənin hava sahəsinə girir və ya sərhədə yaxın uçaraq Türkiyə təyyarələrini döyüş radarının hədəfinə götürür. Rəsmi Ankara bununla bağlı bir neçə dəfə etiraz bildirib.

Türkiyənin NTV telekanalı isə hərbi mənbələrə istinadən xəbər verir ki, Suriya ilə sərhəddə vurulan hərbi təyyarə yox, pilotsuz uçan aparatdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti