"İraq Hava Yolları" Bakıya uçuşlar həyata keçirməyə başlayıb

16-10-2015, 15:52
Oxunub: 327
Uçuşlar “Boeing 737 fleet” təyyarələri ilə həyata keçiriləcək


“İraq Hava Yolları” Bakı və İrəvana uçuşlar həyata keçirməyə başlayıb.

APA-Economics-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bakıya uçuşlar oktyabrın 13-dən həyata keçirilir. Uçuşlar hər həftə çərşənbə axşamı həyata keçiriləcək.

Qeyd edək ki, bundan öncə “İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-dən etibarən Bağdad-Bakı-Bağdad marşrutu üzrə birbaşa aviareys həyata keçirəcəyini və ilk 4 reys üzrə biletlərin qiyməti 250 dollar civarında olacağını bildirib.

Uçuşlar “Boeing 737 fleet” təyyarələri ilə həyata keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti