Azərbaycanda işsizlərin sayı açıqlandı

15-10-2015, 16:29
Oxunub: 330
Bu ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,3 saat təşkil edib


Bu il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara Azərbaycanda əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 891,6 min nəfər olub, onlardan 4 milyon 656,1 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il sentyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 509,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880 min nəfər, qeyri-dövlət sektorunda isə 629,8 min nəfər təşkil edib.

“İqtisadiyyatın neft sektorunda 34,9 min nəfər, qeyri-neft sektorunda isə 1474,9 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,9%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,7%-i tikinti, 6,5%-i emal sənayesi, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i mədənçıxarma sənayesi, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,1%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar” - deyə komitədən qeyd edilib.

Komitəədn bildirilib ki, bu ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,3 saat təşkil edib.

Bu il oktyabr ayının 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər olub, onların 38,6%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 255,4 manat olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti