Azərbaycan əhalisinin sayı: 9 milyon 666 min

15-10-2015, 14:24
Oxunub: 312
Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir


Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8 faiz artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9 milyon  666 min nəfərə çatıb.

Etatist.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti