ABŞ və Rusiya səfirləri Türkiyə XİN-ə çağırılıb

14-10-2015, 15:31
Oxunub: 194
Ankara Moskva və Vaşinqtonu PYD-yə (PKK-nın Suriyadakı qolu) hərbi yardım göstərməkdə ittiham edib


ABŞ-ın Türkiyədəki səfiri Con Bass və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bu barədə "RİA-Novosti" Türkiyə diplomatik idarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Ankara Moskva və Vaşinqtonu PYD-yə (PKK-nın Suriyadakı qolu) hərbi yardım göstərməkdə ittiham edib.

"Dünən ABŞ və Rusiya səfirləri XİN-ə çağırılıb və Kürd demokratik ittifaqına hərbi yardım göstərilməsinin yolverilməz olduğu haqqında xəbərdar ediliblər", - Türkiyə XİN-dən bildirilib.(Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti