BP: Avropanın qaz idxalına tələbatı artacaq

14-10-2015, 14:41
Oxunub: 539
"Avropada ABŞ-da olduğu kimi şist qaz inqilabı baş verməyəcək"


Avropanın qaz idxalına tələbatı öz qaz hasilatının aşağı düşməsilə əlaqədar artacaq.

Trend-in məlumatına görə, bunu BP-nin MDB ölkələri və Rusiya üzrə baş iqtisadçısı Vladimir Drebentsov Bakıda BP-nin 2015-ci il üçün energetika və 2035-ci ilədək proqnozlar üzrə statistik təhlilinin təqdimatında deyib.

Onun sözlərinə görə, Avropada ABŞ-da olduğu kimi şist qaz inqilabı baş verməyəcək: "Avropada şist qazının böyük hasilatı Böyük Britaniyada gözlənilir. Lakin bu, ümumi mənzərəyə təsir etməyəcək.

V.Drebentsov qeyd edib ki, Avropada qaz hasilatının azalmasının bir neçə səbəbi var: "Bunlardan ən əsası ABŞ və Avropada təbii resurslar üzrə mülkiyyətin xarakterinin tam fəqrli olmasıdır. ABŞ-da torpağın sahibi ərazisində olan resursun da mülkiyyətçisidir. Avropada isə təbii resurslar dövlət mülkiyyətindədir. Başqa sözlə, ABŞ-da torpaq sahibi təbii resursların istismarından gəlir əldə edə bilər, Avropada isə yox".

V.Drebentsov əlavə edib ki, Avropa ən çox təbii maye qaz idxal edəcək: "Boru kəmərləri ilə ənənəvi qaz idxalı da əhəmiyyətli olacaq. Belə qaza da tələbat olacaq".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti