Qaz təchizatında məhdudiyyətlər olacaq

26-02-2013, 11:56
Oxunub: 669


Bu gün Xəzər, Qaradağ və Ağdaş rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyndən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 26 fevral 2013-cü il tarixdə saat 9-30-dan 17-30-dək "Ağdaş” və "Şəmsabad” Qazpaylayıcı stansiyaları, saat 10:00-dan 17:00-dək "Albalılıq” qazpaylayıcı stansiyası, saat 10:00-dan isə "Semzavod” qazpaylayıcı stansiyasında kollektordan qidalanan "Sahil” ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.
 
Təmir işləri aparılan müddətdə Ağdaş rayonuna, Qaradağ rayonunun Sahil qəsəbəsinə və Xəzər rayonunun Albalılıq adlanan yaşayış massivinə təbii qazın verilməsində fasilələr yaranacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti