"Namizədliyi qeydə alınanlardan bir hissəsi namizədliyini geri götürüb"

14-10-2015, 11:56
Oxunub: 227
“Oktyabrın 13-nə olan məlumata görə, artıq namizədlərin sayı 1000 ətrafındadır”


“Deputatlığa namizədliyi qeydə alınanlardan bir hissəsi namizədliyini geri götürüb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

“Oktyabrın 13-nə olan məlumata görə, artıq namizədlərin sayı 1000 ətrafındadır”, - MSK sədri bildirib.

Seçki bülletenlərinin çapından sonra deputatlığa namizədlərin namizədliklərini geri götürməsinə gəlincə M.Pənahov deyib ki, çaşqınlıq yaranmaması üçün seçki dairə və məntəqələrində bildirişlər asılacaq.

Qeyd edək ki, parlament seçkilərində səsvermə günü üçün 5 milyon 344 min 431 bülleten çap olunacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti