“Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı cizgi filmi çəkilib

26-02-2013, 11:54
Oxunub: 967
2009-cu ildə start verilən “Şərq Tərəfdaşlığı” proqramında Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukrayna iştirak edir


"Şərq Tərəfdaşlığı” proqramının təbliği və inkişafı məqsədilə cizgi filmi çəkilib.

APA-nın Avropa Qonşuluq Siyasətinin (ENPI) informasiya mərkəzinə istinadən xəbərinə görə, cizgi filminin şüarı "Qonşuların birləşməsi”dir.
 
Cizgi filminin müəllifləri belə bir ideya ilə çıxış ediblər ki, təkbaşına mübarizə aparmaq mümkündür, amma yalnız qonşularla birlikdə vahid komanda şəklində ümumi məqsədlərə nail olmaq mümkündür.
 
Xatırladaq ki, 2009-cu ildə start verilən "Şərq Tərəfdaşlığı” proqramında Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukrayna iştirak edir. Məqsəd Avropa Birliyi ilə bu ölkələrin siyasi və iqtisadi yaxınlaşmasını təmin etməkdən ibarətdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti