Livanın XİN rəhbəri İrana səfər edir

13-10-2015, 16:05
Oxunub: 235
Səfər İranın rəsmi dəvəti ilə baş tutur


Livanın xarici işlər naziri Cübran Basil bu həftənin sonunda İrana səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə İranın Fars agentlyi məlumat verir.

Məlumata görə, səfər İranın rəsmi dəvəti ilə baş tutur. Səfər çərçivəsində iki tərəfli əlaqələr və regionda baş verən proseslər haqqında müzakirələr aparılacaq.

Qeyd edək ki, Cübran Basil Azad Milli Partiyasına iki həftə öncə sədr seçilib. O, partiya daxili seçkilərdə Mişel Onu əvəz edib. Bu, C.Basilin partiya sədri seçildikdən sonra İrana ilk səfəridir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti