Dövlət Komitəsi nəşriyyatlara xəbərdarlıq etdi

13-10-2015, 14:14
Oxunub: 507
“Biz nəşriyyatların rəhbərləri ilə görüşlər keçirdik və onlara xəbərdarlıq etdik”


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki nəşriyyatlara xəbərdarlıq edib.

APA-nın məlumatına görə, komitənin sədr müavini Gündüz İsmayılov bu gün Qafqaz MÜsəlmanları İdarəsində keçirilən tədbirdə bildirib ki, bir sıra nəşriyyatlar icazəsiz, rəsmi tərtib olunmuş qaydaya uyğun olmayan dini təqvimlər nəşr edir. Bu da ölkədə bəzi yerlərdə yayılaraq çaşqınlıq yaradır: “Biz nəşriyyatların rəhbərləri ilə görüşlər keçirdik və onlara xəbərdarlıq etdik”.

Komitə rəsmisi onu da deyib ki, Məhərrəmlik ayında bununla bağlı komitə monitorinq keçirəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti