QMİ-də Etika komissiyası yaradılır

13-10-2015, 13:00
Oxunub: 512
Şeyxülislam bildirib ki, axundlar moizələr oxuyan zaman QMİ tərəfindən paylanan moizələrdən istifadə edilsin


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Etika komissiyası yaradılır.

Trend-in məlumatına görə, bunu bu gun Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, axundlar moizələr oxuyan zaman QMİ tərəfindən paylanan moizələrdən istifadə edilsin.

QMİ sədri əlavə edib ki, axundların davranışlarının, eləcə də yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlı QMİ-də Etika komissiyası yaradılacaq.

Komissiyanın tərkibi yaxın günlərdə formalşdırılaraq ictimaiyyətə məlumat veriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti