​İqtisadiyyat üzrə Nobel mükafatçısının adı açıqlanıb

12-10-2015, 16:59
Oxunub: 667
Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları) bərabər olacaq


İqtisadiyyat üzrə Nobel mükafatı Britaniya-ABŞ alimi Enqusu Diyona verilib.

O, "istehlakda yoxsulluq və rifahın təhlilinə" görə bu mükafata layiq görülüb.

Xatırladaq ki, laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək. Ənənəyə görə, mükafatlar Alfred Nobelin vəfatı günü təqdim olunur.

Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları) bərabər olacaq.

Nobel mükafatına layiq görülənlərin adları oktyabrın 5-dən elan olunmağa başlayıb. Kimya üzrə Nobel mükafatını alan 3 alimdən biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti