SOCAR “Qazprom”la rəqabətə hazır olduğunu bəyan etdi

12-10-2015, 15:25
Oxunub: 502
Rusiyanın Gürcüstana qaz təchizatını artırması bu ölkə bazarında rəqabəti gücləndirəcək


SOCAR Gürcüstan bazarında Rusiyanın “Qazprom” şirkəti ilə azad rəqabətə hazırdır.

Etatist.com xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkəti “SOCAR Energy Georgia”nın prezidenti Mahir Məmmədov Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın Gürcüstana qaz təchizatını artırması bu ölkə bazarında rəqabəti gücləndirəcək.

“Bu, azad bazardır, digər şirkətlərin iştirakı rəqabət səviyyəsini artıracaq və deməli xidmətlərin keyfiyyətini yaxşılaşdıracaq. Əgər Gürcüstan Rusiyadan daha çox qaz almaq barədə qərar versə, biz də yeni şərtlərə uyğunlaşacağıq və inkişafımızı davam etdirəcəyik. Ümumiyyətlə, biz rəqabətə hazırıq”- deyə Mahir Məmmədov bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti