İran nüvə sazişi haqda qanun layihəsini təsdiqlədi

11-10-2015, 22:35
Oxunub: 645
Tehranın üzərindən sanksiyalar götürülmədiyi təqdirdə İran rəhbərliyi razılaşmadan imtina edə bilər


İran parlamenti ölkə hökumətinə "altılıq" ölkələri ilə əldə olunmuş nüvə sazişinin şərtlərini yerinə yetirməyə imkan verən qanun layihəsini təsdiqləyib.

Associated Press bu barədə İRNA agentliyinə istinadən xəbər yayıb.

Lakin bununla bərabər, qanunda qeyd olunur ki, Tehranın üzərindən sanksiyalar götürülmədiyi təqdirdə İran rəhbərliyi razılaşmadan imtina edə bilər.

Qanunun yekun qəbulu gələn həftə, bütün xırdalıqların razılaşdırılmasından sonra baş tutacaq.

Xatırladaq ki, iyulda İran və vasitəçi "altılıq" ölkələri nüvə proqramı üzrə razılıq əldə etdilər. İran prezidenti Həsən Ruhani bəyan edib ki, nüvə sazişi müharibə üzərində qələbə üçün gözəl nümunədir.(virtualaz)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti